Qazaxda qəfil qasırğa fəsadlar törədib

Qazaxda qəfil qasırğa fəsadlar törədib
23:12 12 Noyabr 2015
68 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 12-də günorta saatlarında qəfildən başlayan və təxminən 20 dəqiqə davam edən güclü külək Qazaxda fəsadlar törədib.
"Report" xəbər verir ki, küləyin gücündən iri gövdəli ağac avtomobilin və elektirik xəttlərinin üzərinə aşıb, Qazax-Cəfərli avtomobil yolunda hərəkət bir müddət məhdudlaşdırılıb.
Məlumata görə, yerli sakin İbarət Dəlibaşova məxsus "Opel" markalı avtomobil yararsız hala düşüb. Xəsarət alan yoxdur. Aşan elektrik dirəkləri və iri ağac ərazidən texnika və canlı qüvvənin köməkliyi ilə götürüldükdən sonra kəndə avtomobillərin gediş-gəlişi bərpa edilib.
Rayonda elektrik verilişində yaranan bir neçə saatlıq fasilə aradan qaldırılıb.



Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qazaxda-qefil-qasirga-fesadlar-toredib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR