İki rayonun polis rəisi işdən azad edildi

İki rayonun polis rəisi işdən azad edildi
23:17 12 Noyabr 2015
297 Digər
Ölkə mətbuatı
A- A+

Daxili işlər naziri Ramil Usubov kadr dəyişikliyi edib. 

Milli.Az aznews.az-a istinadən  xəbər verir ki, nazir Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyevi işdən çıxarıb.

R.Usubov həmçinin İmişli Rayon Polis Şöbəsinin rəisi polkovnik Vaqif Müslümovu da tutduğu vəzifədən azad edib. Nazir digər əmrlə V.Müslümovu Yevlax Rayon Polis Şöbəsinə rəis təyin edib. Məlumat üçün bildirək ki, Yevlaxın işdən çıxarılan polis rəisi Natiq Məşədiyevin adı bir neçə dəfə qalmaqallı hadisələrdə hallanıb, mətbuatın gündəminə gəlib. Onun qanunsuz əməlləri ilə bağlı Ramil Usubova dəfələrlə müraciət edildiyi də mətbuat səhifələrində tirajlanıb.   
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/382042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR