Savabı 10 həccə bərabər olan əməl

Savabı 10 həccə bərabər olan əməl
23:42 12 Noyabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

İnsanlara xidmət etmək - çox sayda savaba və fəzilətə malik olan dəyərli bir əməldir. İnsanların əlindən tutmaq və çətinliklərini həll etməkdə yardımcıl olmaq bəzi ibadət əməllərindən üstün hesab edilir. 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, eləcə də həcc və müstəhəb ümrə kimi. İmam Sadiq (ə) buyurur: "Hər kim Allahın evini təvaf edər, Allah Təala ona altı min həsənə yazar. Altı min günahını bağışlayar. Altı min hacətini yerinə yetirər. Möminin işindəki düyünü açmaq bu təvafın on bərəbər fəzilətinə malikdir". 
İnsanlara xidmətin növləri vardır ki, onlarla tanış olaq:

1. Maddi yardım. "(Mal-dövlət cəhətindən) zəngin olan kimsə (zövcəsi və övladı üçün) öz var-dövlətinə görə xərcləsin və ruzisi az olan kimsə Allahın ona verdiyindən xərcləsin". ("Təlaq" 7). Bu ayə buyurur ki, müsəlman insan imkanı çatan qədər mömin qardaşına və bacısına yardım etməli və əlindən tutmalıdır. Yəni, malından infaq etməlidir. Misal üçün, əgər bacarırsa bir yoxsulun şam yeməyini versin və ya bir yetim qızın cehizinə yardım etsin. Yəni, bacardığı qədər ehtiyac sahiblərinin əlindən tutsun. Əgər imkanı yoxdursa, hətta bir xurma ilə həmin insanın aclıq ehtiyacını aradan qaldırsın.

2. İnsanların işindəki düyünü açmaq. İnsan başqa birinin çətinliyi olan zaman malı ilə, dili ilə və ya qələmi ilə ona yardım etməlidir. Misal üçün əgər birinin borcu varsa və ödəməsə abırı gedə bilərsə, ona yardım edər. Ya zindandadır və ailəsinə yardım etmək lazımdır - bu işi görər. Əban ibni Təğəllub nəql edir ki, İmam Sadiqin (ə) yanında Allahın evini təvaf edirdim. Bir nəfər məni çağırdı və mən səs vermədim. İkinci dəfə təvaf edən zaman məni yenə çağırdı və mən cavab vermədim. İmam (ə) mənə buyurdu: "Məgər səni çağırmırlar?". Dedim: "Bəli",. Buyurdu: "Əhli-beyt (ə) davamçısıdır?". Dedim: "Bəli. Məndən istəyi vardır". Buyurdu: "Bəs niyə istəyini yerinə yetirmirsən?". Dedim: "Axı mən təvaf edirəm". Buyurdu: "Təvafı burax və ona tərəf get". Ona görə də hər bir insan ətrafında olan və çətinliyə düşən hər bir müsəlmana qarşı məsuliyyət daşıyır. Bu zəminədə səhlənkarlıq etmək günahdır. Lakin ən böyük günah odur ki, insan çətinliyə düşmüş müsəlmanın işinə bir düyünü də özü vursun. Bu cür insanın aqibətinin xeyirli olması qeyri-mümkündür.

3. İnsanların şəxsiyyətinə hörmət etmək. Bütün insanların şəxsiyyəti vardır. Biz öz şəxsiyyətimizə hörmət etdiyimiz kimi, başqalarının da şəxsiyyətinə hörmət etməliyik. Başqasına hörmətsizlik etmək bəzən elə hadisələrə yol açır ki, aradan qaldırmaq çətin olur. Bəzən ata evdə əsəbi olduğu üçün övladına qarşı elə hörmətsizlik edir ki, övladı dinini əldən verir və imanını yandırır. Cavanlardan biri deyir: "Mən namaz qılmıram. Çünki atam, məni təhqir edərək namaz qılmağa məcbur edir".

4. Başqalarını müdafiə etmək. Müsəlmanın vəzifələrindən biri də budur ki, malı, canı ilə müsəlman qardaşını müdafiə etsin. Bir məclisdə əgər bir müsəlmanın qeybətini edirlərsə, abırını aparırlarsa, gərək onu müdafiə edəsən. Əks halda sən də həmin qeybətdə şərik olarsan. İnsanların namusunu müdafiə etmək, canını müdafiə etmək də mühüm mövzulardandır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/381942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR