Avropa İttifaqına üzv ölkələrin liderləri Valettedə keçirilən qeyri-rəsmi görüş zamanı Türkiyəyə 3 milyard avro vəsaitin ayrılması barədə razılıq əldə ediblər.
MilliAz "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Çexiyanın baş naziri Boquslav Sobotka məlumat verib.
"Bu vəsait qarşıdakı iki il ərzində ayrılacaq və bu ölkədə olan qaçqınlara yardım üçün nəzərdə tutulub", - deyə o bildirib.
Baş nazirin sözlərinə görə, bu pullar əsasən, hər şeydən əvvəl Türkiyə ərazisində olan Suriya qaçqınlarının şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək.
"Avropa Komissiyası 2016-2017-ci illərdə lazımi vəsaiti tapmağa çalışacaq, başlıca olaraq, Aİ büdcəsində. Lazım gələrsə, Aİ-nin üzv dövlətləri də, maliyyə işində iştirak edəcəklər", - deyə Sobotka bildirib.
Milli.Az