Saatlıda üç otaqlı ev yandı

Saatlıda üç otaqlı ev yandı
01:29 13 Noyabr 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Saatlıda yanğın hadisəsi baş verib. APA-nın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Genişkənd kəndində qeydə alınıb. Yanğın həmin kəndin sakini, 1939-cu il təvəllüdlü Rəna Feyzi qızı Ocaqquliyevaya məxsus 3 otaqlı fərdi yaşayış evində baş verib.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Saatlı yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülsə də evin 1 otağı içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR