Zəfəran istehsalçıları sabaha ümidlə baxır

Zəfəran istehsalçıları sabaha ümidlə baxır
02:36 13 Noyabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

İranda zəfəran istehsalçıları hökumətə qarşı tətbiq olunan sanksiyalar aradan qaldırıldıqdan sonra məhsulun xarici bazarda satışının artacağına ümid edirlər.

ANS PRESS-in məlumatına görə, hazırda beynəlxalq bazarda bir kiloqram zəfəranın qiyməti 8 600 - 12 900 dollar arasında dəyişir.

İranda zəfəran güllərinin yığılmasında əsasən, qadın əməyində istifadə olunur. Zəfəranın istehsal prosesi ağır və vaxt aparan prosesdir. Demək olar ki, bütün istehsalat prosesi əl ilə aparılır.


Zəfəran tarlası

1 hektar ərazidə əkilən zəfəran gülündən, 3 kiloqram saf zəfəran hasil olur. “Qırmızı qızıl”ın istehsalı üçün ən münbit iqlim elə məhz İrandadır. İstehsalçı Əli Şəriəti belə deyib.

Hazırda zəfəranın əsas idxalçısı İspaniya və Birləşmiş Ərəb Əmirlikləridir.

Dünya bazarında zəfəran istehsalının 90 faizi İranın payına düşür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR