Bәs Allaha nә vaxt diqqәt edirsәn?

Bәs Allaha nә vaxt diqqәt edirsәn?
04:17 13 Noyabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Bu әhvalatı o böyük alim vә dahi şәxsiyyәtin yaxın adamları danışırlar. Deyirlәr, bir gün mәrhum Mütәhhәri övliyalardan birinin mәhzәrindә olarkәn mәrifәti artırmaq yollarından söz düşür. Övliya Mütәhhәridәn soruşur: "Namaz zamanı qәlbini kәnar fikirlәrdәn necә qoruyursan?" Mәrhum Mütәhhәri cavab verir: "Namazın әvvәlindәn axırınadәk dediyim sözlәrin mәnasına diqqәt edirәm." Övliya buyurur: "Bәs Allaha nә vaxt diqqәt edirsәn?"

Olduqca uca mәtlәbdir! Elә bu söhbәtdәn aydın olur ki, adi insanlarla övliyalar arasında nә qәdәr fәrq var. Hәr halda çalışmalıyıq ki, öz zәif zikrimizә ilahi rәng verәk vә Allahdan istәyәk ki, övliyalara nәsib etdiyi lәzzәtdәn bizә dә daddırsın.

Bәzi insanlar namazda o qәdәr diqqәtsiz olurlar ki, namaz qıldıqlarını yalnız namazı bitirdikdәn sonra xatırlayırlar. Bir mәrtәbә üstün olanlar namazın sözlәrinә diqqәt edir. Növbәti mәrhәlәdә insan dediyi sözlәrin mәna dәrinliyinә varır. Daha sonrakı mәrhәlәdә әvvәlcә qәlb, sonra isә dil danışır. Hәr bir insan daha yuxarı mәrtәbәyә qalxmaq üçün sәy göstәrmәlidir. İnsan özünü elә tәrbiyә edә bilәr ki, tәkcә namazın sözlәrinә yox, hәtta әtrafdakı bütün şeylәrә diqqәt verdikdә Allahı xatırlayar. Mәsәlәn, üzünә toxunan külәyi hiss edәn insan ani olaraq Allahın qüdrәtini yada salıb, duyduğu sәrinliyә görә Böyük Yaradana şükr edә bilәr. Belәcә, insan Allahın zikrini artırmaq vә dediyi hәr bir sözün mәnasını dәrindәn düşünmәklә tәhlükәli qәflәtdәn xilas ola bilәr.
islam.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/381936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR