​ABŞ hüquq müdafiəçisi Arif Yunusun ev dustaqlığına buraxılmasını alqışlayıb

​ABŞ hüquq müdafiəçisi Arif Yunusun ev dustaqlığına buraxılmasını alqışlayıb
04:37 13 Noyabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ ABŞ Azərbaycanın hüquq müdafiəçisi Arif Yunusun həbsxanadan ev dustaqlığına buraxılmasını alqışlayır.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.
"ABŞ Bakı Apellyasiya Məhkəməsinin hüquq müdafiəçisi və tarixçi Arif Yunusun humanitar nöqteyi nəzərindən həbsxanadan ev dustaqlığına buraxılması barədə bugünkü qərarına müsbət addım kimi baxır", - deyə Kirbi bildirib.
Bu gün keçirilən məhkəmə prosesində Ədliyyə Naziliyinin Baş Tibb İdarəsinin A.Yunusun səhhəti ilə bağlı təqdimatına baxılıb. Bundan sonra isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Arif Yunus 7 il, onun həyat yoldaşı, “Sülh və Demokratiya İnstitutu”nun rəhbəri Leyla Yunus isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar dələduzluq, qanunsuz sahibkarlıq və vergidən yayınmadana müqəssir biliniblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR