Ziyana düşən “Volkswagen” işçilərinə vaxt verdi

Ziyana düşən “Volkswagen” işçilərinə vaxt verdi
05:06 13 Noyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” şirkətin saxta ekoloji test proqramından xəbəri olan şəxslərin irəli çıxması üçün onlara noyabr ayının sonuna qədər vaxt verib.

ANS PRESS-in məlumatına görə, məsuliyyəti üzərinə götürən şəxslər şirkətdən qovulmaqdan yaxa qurtara biləcəklər. Rəhbərlik ən pis halda onları başqa vəzifəyə keçirəcəyinə vəd verib.

Bir müddət əvvəl Volksvagenin ekoloji testdən keçməsi üçün saxta proqramdan istifadə etməsinə dair faktın ortaya çıxması skandala səbəb olmuşdu. Vəziyyətlə əlaqədar şirkətin bir neçə rəsmisi vəzifəsindən istefa verməli oldu. Şirkət yüz minlərlə avtomobilini geri çağırmaq məcburyyətində qalıb. 11 milyon avtomobilin skandala qarışdığı bildirilir.

Şirkətə dəyən ziyanın həcmi 6.7 milyard avro təşkil edir.

Hazırda faktla bağlı istintaq araşdırması gedir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR