ABŞ Arif Yunusun ev dustaqlığına buraxılmasına münasibət bildirdi

ABŞ Arif Yunusun ev dustaqlığına buraxılmasına münasibət bildirdi
07:49 13 Noyabr 2015
54 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ Arif Yunusun həbsxanadan ev dustaqlığına buraxılmasını müsbət qiymətləndirir”. APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.

 

“ABŞ Bakı Apelyasiya Məhkəməsinin Arif Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin humanitar əsaslarla ev dustaqlığı ilə əvəz olunması barədə qərarına müsbət addım kimi baxır”, deyə məlumatda bildirilir.  

 

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsi ötən gün A. Yunus  barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

 

Məhkəmə prosesi davam etdiriləcək.

 

Arif Yunus  178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.   Onun  barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Arif Yunus 7 il müddətinə azadlıqdan məhrum edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR