“Azercell Telekom” yeni mobil servis təqdim edib

“Azercell Telekom” yeni mobil servis təqdim edib
08:08 13 Noyabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
“Azercell Telekom” şirkəti “Bookmate” adlanan yeni mobil servisini təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Bookmate” kitabları smartfonlara yükləyərək daha rahat oxumaq üçün yaradılan yeni mobil kitabxanadır. Yeni onlayn kitabxanada Azərbaycan dilinə tərcümə olunmuş dünyanın məşhur yazıçılarının 500 min kitabı toplanıb. “Azercell” abunəçiləri yeni servisi “AppStore” və ya “GooglePlay”dən yükləyə bilərlər.
Yeni servis “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin məhsuludur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR