Yaponiyanın Baş naziri G20 sammiti çərçivəsndə ABŞ və Rusiya prezidentləri ilə görüşəcək

Yaponiyanın Baş naziri G20 sammiti çərçivəsndə ABŞ və Rusiya prezidentləri ilə görüşəcək
08:58 13 Noyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 13 noyabr, AZƏRTAC
Yaponiya Türkiyədə keçiriləcək G20 samiti çərçivəsində Baş nazir Şinzo Abe ilə ABŞ Prezidenti Barak Obamanın və Rusiya Prezidenti Vladimir Putinin görüşlərini təşkil etmək üçün hazırlıq işlərini davam etdirir. Bu barədə Yaponiya hökumətinin başçısı jurnalistlərə öz iqamətgahında məlumat verib.
G20 çərçivəsində keçirəcəyi ikitərəfli görüşlərlə bağlı hazırlıq işlərinin tam yekunlaşmadığını bildirən Ş.Abe deyib: ”Hazırda prezidentlər V.Putin və B.Obama ilə görüşlərə hazırlıq işləri aparılır”.
Baş nazir əlavə edib ki, Rusiya Prezidenti ilə görüş alınacağı təqdirdə o, bunun iki ölkə arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqları fəallaşdırmaq barədə əldə edilmiş razılığın həyata keçirilməsinə təkan verəcəyinə ümid edir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyanin_Bas_naziri_G20_sammiti_cherchivesnde_ABS_ve_Rusiya_prezidentleri_ile_gorusecek-901596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR