Texas ştatının qubernatoru: Azərbaycanla münasibətlərin genişləndirilməsinə hazıram

Texas ştatının qubernatoru: Azərbaycanla münasibətlərin genişləndirilməsinə hazıram
09:13 13 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 13 noyabr, AZƏRTAC
ABŞ-ın Texas ştatının qubernatoru Qreq Əbbot Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Hyuston şəhərində yerləşən “Azərbaycan Mərkəzi”nin direktoru İradə Axundova ilə görüşüb.
Səfir E.Süleymanov həmsöhbətinə ölkəmiz barədə məlumat verib, həmçinin ABŞ-Azərbaycan münasibətləri və iki ölkə arasında enerji, terrorçuluğa qarşı mübarizə və bir sıra digər sahələrdə həyata keçirilən səmərəli əməkdaşlıqdan danışıb. E.Süleymanov Texas ştatında yaşayan çoxsaylı və fəal Azərbaycan icmalarının ölkələr arasında əlaqələrin genişlənməsinə səbəb olduğunu bildirib.
Öz növbəsində İ.Axundova Texasda Azərbaycan icmalarının fəaliyyəti və onların keçirdiyi tədbirlər barədə məlumat verib. Qubernator Əbbot Azərbaycanın ABŞ-a münasibətdə nümayiş etdirdiyi dostluğu yüksək qiymətləndirdiyini söyləyib. Q.Əbbot Texasla ölkəmiz arasında mehriban münasibətlərin mövcudluğundan məmnun olduğunu deyərək, bu münasibətlərin daha da genişləndirilməsinə hazır olduğunu vurğulayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Texas_statinin_qubernatoru_Azerbaycanla_munasibetlerin_genislendirilmesine_haziram-901600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR