Texas qubernatoru ABŞ-Azərbaycan münasibətlərini müzakirə etdi

Texas qubernatoru ABŞ-Azərbaycan münasibətlərini müzakirə etdi
09:14 13 Noyabr 2015
12 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Texas ştatının qubernatoru Qreq Əbbot ştatın paytaxtı Ostin şəhərində Azərbaycanın ABŞ-da səfiri Elin Süleymanov və Hyuston şəhərində yerləşən “Azərbaycan Mərkəzinin” direktoru İradə Axundova ilə görüşüb.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, səfir E.Süleymanov həmsöhbətinə ölkəmiz barədə məlumat verib, həmçinin ABŞ-Azərbaycan münasibətləri və iki ölkə arasında enerji, terrorçuluğa qarşı mübarizə və bir sıra digər sahələrdə həyata keçirilən səmərəli əməkdaşlıqdan danışıb. E.Süleymanov Azərbaycanın Texas ştatı arasında mövcud olan ənənəvi müsbət münasibətlərini qeyd edərək bu ştatda yaşayan çoxsaylı və fəal Azərbaycan icmasının Texasla Azərbaycan arasında təmasların genişlənməsinə səbəb olduğunu bildirib. Bu kontekstdə diplomat 9 noyabr tarixində Bakı ilə qardaşlaşmış olan Hyuston şəhərində keçirilmiş “Avropa Enerjisində Cənubi Qaz Dəhlizi” adlı olduqca vacib mövzuya həsr olunmuş beynəlxalq konfransın və həmin gün keçirilmiş Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş ziyafətin təşkilində “Azərbaycan Mərkəzi” və onun direktoru İ.Axundovanın yaxından iştirakını qeyd edib.

 

Səfir həmçinin adıçəkilən tədbirdə Texas ştatının dövlət katibi Karlos Kaskosun iştirakı və onun qubernator Q.Əbbot adından Azərbaycanlılara ünvanlanmış təbrikini səsləndirməsinə görə həmsöhbətinə təşəkkürünü bildirib.

 

Öz növbəsində İ.Axundova Texasda Azərbaycan icmasının fəaliyyəti və onlar tərəfindən keçirilən tədbirlər barədə danışıb.

 

Qubernator Əbbot Azərbaycanın ABŞ-a münasibətdə nümayiş etdirdiyi dostluğu yüksək qiymətləndirdiyini bildirib. Q.Əbbot Texasla ölkəmiz arasında mehriban münasibətlərin mövcudluğundan məmnun olduğunu deyərək bu münasibətlərin daha genişlənməsinə hazır olduğunu vurğulayıb. Eyni zamanda o, Texasda yaşayan Azərbaycan icmasının ştatın inkişafına töhfəsini məmnunluq hissi ilə qeyd edib.          


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221386

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR