Qalmaqallı polis rəisi işdən çıxarıldı

Qalmaqallı polis rəisi işdən çıxarıldı
10:09 13 Noyabr 2015
479 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili işlər naziri Ramil Usubov kadr dəyişikliyi edib. Lent.az aznews.az-a istinadən xəbər verir ki, nazir Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyevi işdən çıxarıb.

 

R.Usubov həmçinin İmişli Rayon Polis Şöbəsinin rəisi polkovnik Vaqif Müslümovu da tutduğu vəzifədən azad edib. Nazir digər əmrlə V.Müslümovu Yevlax Rayon Polis Şöbəsinə rəis təyin edib.

 

Məlumat üçün bildirək ki, Yevlaxın işdən çıxarılan polis rəisi Natiq Məşədiyevin adı bir neçə dəfə qalmaqallı hadisələrdə hallanıb, mətbuatın gündəminə gəlib. Onun qanunsuz əməlləri ilə bağlı Ramil Usubova dəfələrlə müraciət edildiyi də mətbuat səhifələrində tirajlanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR