Nigeriyanın hökumət qüvvələri ölkənin şimal-şərqində "Boko haram" terror qruplaşmasının əsirliyində olan, əsasən qadın və uşaqlardan ibarət 61 nəfəri azad edib.
"Report" xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin rəsmi bəyanatında bildirilir.
Məlumata görə, qoşunlar Hərbi Hava Qüvvələrinin dəstəyi ilə ekstremistlərin baza və düşərgəsinin yerləşdiyi Bitta və Damboa yaşayış məntəqələri yaxınlığında əməliyyat aparıblar. Əməliyyat zamanı ən azı 4 terrorçu məhv edilib. Azad olunan dinc vətəndaşlar təhlükəsiz yerə təxliyə olunublar.
Milli.Az