Porno aktrisa Pamela Anderson "Bambi" mükafatlandırma mərasimindəki geyimi ilə təəccübləndirib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir müddət əvvəl çılpaq fotosunu paylaşaraq Hepatit C müayinəsindən təmiz çıxdığını elan edən aktrisa bu dəfə qısa zərif libası ilə göz oxşayıb.
Qırmızı xalça üzərində fotoqraflara poz verən Pamela Berlində baş tutan tədbirin əsas qonaqlarından olub.