x
Loading...

"Qəbələ" başlayır

"Qəbələ" başlayır
10:17 13 Noyabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+
.

Topaz Premyer Liqasının XII turunun “İnter”lə noyabrın 9-da keçirilən oyunundan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına bu gün start verəcək. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gələrək, axşam məşqini gerçəkləşdirəcək. 


Roman Qriqorçukun yetirmələri məşqlərini elə bu arenada davam etdirəcək. Milli komandaların oyunları ilə əlaqədar yaranan qısa fasilədə vətəninə yollanan legionerlər də komanda ilə birlikdə məşq keçəcək. Yığmaların düşərgəsində olan oyunçular isə məşqə qatılmayacaq. Onlar Topaz Premyer Liqasının XIII turunun “Sumqayıt”la matçının hazırlıqlarına millidən qayıtdıqdan sonra qoşulacaq.


Qeyd edək ki, “Qəbələ” növbəti oyununu noyabrın 21-də, Sumqayıtın “Kapital Bank Arena” stadionunda keçirəcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-balayr-t45418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR