Zaqatalada 19 yaşlı gənc toyda bıçaqlanıb

Zaqatalada 19 yaşlı gənc toyda bıçaqlanıb
10:17 13 Noyabr 2015
60 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Zaqatala rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Dağlı kəndində  qeydə alınıb.
Belə ki, kənddə fəaliyyət göstərən şadlıq evində keçirilən toy mərasimində rayonun Saldar kənd sakini 19 yaşlı Ruhi Abdullayev bıçaqlanıb.
Yaralı qarın boşluğunun kəsilmiş-deşilmiş, daxilə nüfuz edən bıçaq xəsarətləri diaqnozu ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun üzərində cərahiyyə əməliyyatı aparılıb və vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. Cinayəti törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/zaqatalada-19-yasli-genc-toyda-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR