19 yaşlı oğlan toyda bıçaqlandı

19 yaşlı oğlan toyda bıçaqlandı
10:19 13 Noyabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Zaqatalada toyda bıçaqlanma olub. 

 

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 12-də saat 22.00 radələrində rayonun Faldar kənd sakini, 1996-cı il təvəllüdlü Ruhi İmran oğlu Abdullayev qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

 
Bıçaqlanma faktı Rayon Polis Şöbəsi tərəfindən təsdiqlənib. Bildirilib ki, rayonun Dağlı kəndində fəaliyyət göstərən şadlıq evində keçirilən toy mərasimində adı açıqlanmayan şəxs R. Abdullayevi bıçaqlayaraq hadisə yerini tərk edib.

 

Həmin şəxsin tutularaq istintaqa təhvil edilməsi istiqamətində tədbirlər görülür. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR