Bakıda çökən yola xüsusi briqada cəlb edilib (FOTO)

Bakıda çökən yola xüsusi briqada cəlb edilib (FOTO)
10:23 13 Noyabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elmir Murad/

Bakının Binəqədi rayonunda Cəfər Xəndan küçəsində çökən yolda yaranmış yarğanın aradan qaldırılması üçün ərazidə briqada işləyir.

Bunu Trend-ə açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, yaranmış yarğan zamanı xəsarət alan olmayıb və vəziyyət yayılan məlumatlardakı qədər ciddi deyil: “Axşamdan Bakı Su Kanalı İdarəsinin, həm də Binəqədi Su Kanalı İdarəsinin əməkdaşları əraziyə cəlb olunublar. Ərazini çəpərləyiblər. Artıq köhnə borunun qalıqları ərazidən çıxarılıb. Yeni dəmir boru gətirilib. Həmin boru qəzalı hissəyə yerləşdiriləcək və onun ətrafı betonla tam kipləşdiriləcək və bununla da qəza tam aradan qaldırılacaq. Yarğan yolda tıxaca səbəb olmayıb. Yolda hərəkət normal rejimdədir”.

Qeyd edək ki, dünən axşam saatlarında Cəfər Xəndan küçəsində yol çöküb. Ərazidən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda çökmə baş verib.

Yol kənarında dayanmış "Nissan" markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağırılıb, avtomobil çıxarılıb.

Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və yarğana düşüb. Şəxsin xəsarət almadığı bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2455824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR