x
Loading...
.

Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 112 dəfə atəş zərbəsi endirib

Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 112 dəfə atəş zərbəsi endirib
10:23 13 Noyabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+
.


Bakı, 13 noyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində yerləşən mövqeləri atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Şıxlar, Novruzlu, Mərzili, Qaraqaşlı, Şuraabad, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 112 dəfə atəş zərbəsi endirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Silahli_Quvveleri_dusmen_movqelerine_112_defe_ates_zerbesi_endirib-901603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR