Bu gün ​Azərbaycan millisi səfərdə Almaniya ilə qarşılaşacaq

Bu gün ​Azərbaycan millisi səfərdə Almaniya ilə qarşılaşacaq
10:32 13 Noyabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2017-nin seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq. "Report"un məlumatına görə, qarşılaşma Almaniyanın Reqensburq şəhərindəki "Kontinental Arena"da keçiriləcək.
Bolqarıstanlı Svetan Krastevin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Azərbaycan millisi 7-ci qrupda keçirdiyi 5 oyundan yalnız 1-də qələbə qazanıb. Qalan 4 görüşdə isə komanda meydanı məğlubiyyətlə tərk edib. Hazırda Rusiya və Azərbaycan milliləri hərəyə 3 xalla 4-5-ci yerləri bölüşdürürlər. İlk "3-lük"də isə hərəyə 9 xalla Almaniya, Avstriya və Finlandiya qərarlaşıb. 
AVRO-2017, 7-ci qrup.
21:00. Almaniya - Azərbaycan
Baş hakim: Svetan Krastev
Baş hakimin köməkçiləri: İvan Valçev, Krum Stoylov
Dördüncü hakim: Stanislav Todorov (hamısı Bolqarıstan)
Reqensburq. "Kontinental Arena"
Qeyd edək ki, U-21 sonuncu oyununu noyabrın 17-də Rusiyaya qarşı keçirəcək. "Bayıl Arena"da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-millisi-almaniya-ile-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR