Muğanbank "MilliÖN" sisteminə qoşuldu

Muğanbank "MilliÖN" sisteminə qoşuldu
10:37 13 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

"Muganbank" ASC  və "Komtec LTD" MMC  əməkdaşlıq müqaviləsi imzalayaraq müştərilərinə kreditlərini "MilliÖN" terminallarından ödəməyə imkan yaradır. Hal-hazırda "MilliÖN" şəbəkəsi 3000-dən artıq terminala malikdir və  Azərbaycan ərazisində gündən-günə genişlənməkdədir. "MilliÖN" sistemi vasitəsilə kreditlər üzrə  ödənişlər dərhal həyata keçirilir və sistemdən istifadə qaydaları çox sadədir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərində nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün bankın Məlumat Mərkəzinə +99412 564 35 11 zəng edə və ya www.muganbank.az saytına və facebook səhifəsinə keçid ala bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/382104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR