Avropa Ittifaqının Nümayəndəliyi Arif Yunusun ev dustaqlığına buraxılması ilə bağlı qərarı alqışlayıb

Avropa Ittifaqının Nümayəndəliyi Arif Yunusun ev dustaqlığına buraxılması ilə bağlı qərarı alqışlayıb
10:47 13 Noyabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Malena Mard Arif Yunusun ev dustaqlığına buraxılması ilə bağlı qərarı alqışlayıb.
Bu barədə Report-a Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyində bildiriblər.
 "Bakı Apelyasiya Məhkəməsinin tarixçi və insan hüquqları sahəsində fəal Arif Yunus barəsində qətimkan tədbirini dəyişdirib, humanist əsaslarla onun ev dustaqlığına buraxılması qərarını alqışlayıram. Bu, sevindirici hal və müsbət humanist əməldir. Ümumiyyətlə, Aİ Azərbaycanla müvafiq dialoq və əməkdaşlığımızı daha da dərinləşdirməyə və onu genişləndirməyə hazırdır.", - M. Mard deyib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR