Gözdən Əlillər Cəmiyyətinə brayl əlifbası ilə nəşr edilmiş “Qurani-Kərim” təqdim olunub

11:18 13 Noyabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Respublika Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinin müdiri Timur Balayevlə görüşüblər.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, şöbənin əməkdaşları Timur Balayevə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə brayl əlifbası ilə nəşr olunmuş “Qurani-Kərim” təqdim ediblər. T.Balayev göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Xatırladaq ki, cari ilin iyulunda DQİDK-nın maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə “Qurani-Kərim” çap edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gozden_Aliller_Cemiyyetine_brayl_elifbasi_ile_nesr_edilmis_Qurani_Kerim_teqdim_olunub-901625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR