Nazir yeni rəis təyin etdi

Nazir yeni rəis təyin etdi
11:22 13 Noyabr 2015
228 Digər
Ölkə mətbuatı
A- A+

Daxili işlər naziri Ramil Usubov İmişli Rayon Polis Şöbəsinə yeni rəis təyin edib.

AzNews.az-a daxil olan məlumata görə, R.Usubovun əmri ilə bu vəzifəyə Ayaz Cəfərov gətirilib.

Məlumat üçün bildirək ki, A.Cəfərov İmişli rayonunun Polis Şöbəsinə rəis təyin olunmamışdan əvvəl Yevlax Rayon Polis Şöbəsinin rəisinin əməliyyat üzrə müavini vəzifəsində çalışıb.

Məlumatı dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi və sözügedən polis şöbələri ilə əlaqə saxladıq. Lakin nə təsdiq, nə də təkzib edən oldu.

Qeyd edək ki, dünən R.Usubovun kadr dəyişiklikləri etməsi ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyev işdən çıxarılıb. Onun yerinə isə İmişli Rayon Polis Şöbəsinin rəisi polkovnik Vaqif Müslümov təyin edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/382124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR