"Ayırd etmək olmur, kişidir yoxsa qadın" - Elçin əsəbiləşdi

"Ayırd etmək olmur, kişidir yoxsa qadın" -  Elçin əsəbiləşdi
11:26 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Elçin Hüseynov “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, həmkarı Zamiq Hüseynovun “Qarınlı kişilər efirə çıxmasın” sözləri ilə bağlı suallar sənətçini özündən çıxarıb. O, Z.Hüseynovun ünvanına ağır ifadələr işlədib:

“Bəzi şeylər var ki, efirdə onlarla bağlı çox söz demək olmur. Kişinin sanbalı olmalıdır. Birinci insan, şəxsiyyət olmalıdır, sənət sonra gəlir. Bədən formasını Allah qismət edir. Hərə bir cür yaranıb. Efirə çıxanda tamaşaçı gərək birinci onu ayırd edə bilsin ki, bu qadındır, yoxsa kişi? İlk şərt budur. "Qarınlıdır, qarınsızdır" müzakirəsi lazım deyil. Allahımdan başqa heç kimdən qorxmuram. Heç kimdən çəkinmirəm. Biri saçını uzadır, biri keçi saqqalı edir, biri sırğa taxır. Səhnə bunlarla gözəlləşmir. Səhnəni sənətlə, oxumaqla gözəlləşdirmək lazımdır. Efir elədir ki, bir kəlmə söz dedinsə, sənin deyil. Sözü fikirləşib demək lazımdır. Ona görə də toylarda gündə bir müğənni döyürlər. 20 ildir sənətdəyəm. Tək Azərbaycanı yox, bütün Rusiyada toyları gəzmişəm. Bir dəfə xətrimə dəyən olmayıb. İnsan səmimi olmalı, şəxsiyyətinə hörmət etməlidir. "Kim kökdür, kim arıqdır" sözləri xanıma aiddir. O sözü deyənin də bəzi orqanlarında xanım orqanları var".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR