Müğənni Elçin Hüseynov sırğa taxıb, saç uzadan kişi həmkarlarına söz atdı

Müğənni Elçin Hüseynov sırğa taxıb, saç uzadan kişi həmkarlarına söz atdı
11:34 13 Noyabr 2015
43 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elçin Hüseynovla həmkarı Zamiq Hüseynov arasında qalmaqal səngimək bilmir.

 

Lent.az-ın məlumatına görə, bu gün “Hər şey daxil” verilişinə qonaq olan E.Hüseynov Z.Hüseynovun “Qarınlı kişilər efirə çıxmasın” sözlərinə sərt reaksiya verib: “Bəzi şeylər var ki, efirdə onlarla bağlı çox söz demək olmur. Kişinin sanbalı olmalıdır. Birinci insan, şəxsiyyət olmalıdır, sənət sonra gəlir. Bədən formasını Allah qismət edir. Hərə bir cür yaranıb. Efirə çıxanda tamaşaçı gərək birinci onu ayırd edə bilsin ki, bu, qadındır, yoxsa kişi? İlk şərt budur. "Qarınlıdır, qarınsızdır" müzakirəsi lazım deyil. Allahdan başqa heç kimdən qorxmuram. Heç kimdən çəkinmirəm. Biri saçını uzadır, biri keçi saqqalı edir, biri sırğa taxır. Səhnə bunlarla gözəlləşmir. Səhnəni sənətlə, oxumaqla gözəlləşdirmək lazımdır. Efir elədir ki, bir kəlmə söz dedinsə, sənin deyil. Sözü fikirləşib demək lazımdır. Ona görə də toylarda gündə bir müğənni döyürlər. 20 ildir sənətdəyəm. Tək Azərbaycanı yox, bütün Rusiyada toyları gəzmişəm. Bir dəfə xətrimə dəyən olmayıb. İnsan səmimi olmalı, şəxsiyyətinə hörmət etməlidir. "Kim kökdür, kim arıqdır" sözləri xanıma aiddir. O sözü deyənin də bəzi orqanlarında xanım orqanları var".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR