İranın əyalət valisi 15 nəfərlik nümayəndə heyətilə Azərbaycana gələcək

İranın əyalət valisi 15 nəfərlik nümayəndə heyətilə Azərbaycana gələcək
11:37 13 Noyabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ İranın Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfi 15 nəfərlik nümayəndə heyətlə Azərbaycana rəsmi səfər edəcək.
İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər 16-18 noyabr tarixində baş tutacaq.
M.Nəcəfi Bakıda Gilan əyalətinin dəstəyi ilə keçiriləcək xüsusi sərgisinin açılış mərasimində iştirak edərək, Azərbaycanın nazirləri və məsul şəxsləri ilə görüşəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR