Azərbaycan torpağında iki erməni öldü

Azərbaycan torpağında iki erməni öldü
11:41 13 Noyabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın işğal altında olan torpaqlarında - Qarabağda iki erməni əsgər öldürülüb. ANS PRESS-in məlumatına görə, noyabrın 12-də axşam saat 21 radələrində təmas xəttində gərginlik baş verib.

Nəticədə iki erməni əsgəri güllələnib. Bunlar 20 yaşlı Vaqe Vanoyan və 19 yaşlı Mikael Torosyandır. Hadisənin təfərrüatlarının müəyyən edilməsi üçün istintaq aparılır.

Azərbaycanın Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Şıxlar, Novruzlu, Mərzili, Qaraqaşlı, Şuraabad, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 112 dəfə atəş zərbəsi endirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR