"Əsədin gələcək taleyi hələ müəyyən edilməyib"

"Əsədin gələcək taleyi hələ müəyyən edilməyib"
11:47 13 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti Bəşər Əsədin gələcək taleyi və rolu hələ ki, müəyyən edilməyib.

"Report" xəbər verir ki, bu barədə Vaşinqtonda Sülh İnstitutunda çıxışı zamanı ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

Onun sözlərinə görə, hazırda Birləşmiş Ştatlar Rusiya və İran ilə birgə bu məsələ üzərində işləyir.

"Əsədin gələcəyi və onun rolu hələ müəyyən olunmayıb, bunu biz etiraf edirik", - deyə Kerri bildirib və qeyd edib ki, ABŞ Əsədin gedişinə nail olmaq istiqamətində səylərini davam etdirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/382087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR