Səfər Əbiyevin müavininin məhkəməsinə şahidlər gəlmədi

Səfər Əbiyevin müavininin məhkəməsinə şahidlər gəlmədi
11:49 13 Noyabr 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini Mehman  Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən proses təxirə salınıb. Buna səbəb şahidlərin məhkəmə prosesində iştirak etməməsi olub.

Məhkəmə prosesi 23-ə qədər təxirə salınıb.

Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR