Ağ kərgədanı xilas etməyin yolu

Ağ kərgədanı xilas etməyin yolu
11:52 13 Noyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

San-Diyeqoda yerləşən Safari-park (ABŞ, Kaliforniya ştatı) və Keniyanın Ol Peceta qoruğu dünyada nadir heyvan növlərindən biri olan ağ şimal kərgədanının nəslinin qorunub saxlanmasına yönələn iddialı plan işləyib hazırlayıblar.

"Report" xəbər verir ki, bu barədə "The Los Angeles Times" nəşri yazıb.

Qeyd olunur ki, dünyada bu növ heyvandan cəmi 4 baş qalıb və onlardan biri - dişi kərgədan hazırda San-Diyeqoda yaşayır. Keniyada isə bir erkək və iki dişi ağ kərgədan var.

Park və qoruq nümayəndələri tərəfindən nəzərdən keçirilən variantlardan biri süni mayalandırmadır və dişi ağ cənub kərgədanı surroqat ana olacaq.

"Bu, qaramal, at və insanlar üzərində təcrübədən çıxarılıb, deməli, yerinə yetirilməsi mümkün olan bir şeydir", - deyə qoruğun direktoru Riçard Viqn bildirib.

Ağ şimal kərgədanları vaxtikən Mərkəzi Afrikanın böyük bir hissəsində dolaşırdılar, lakin brakonyerlik fəaliyyəti, onların yaşadığı ərazilərin dağıdılması və vətəndaş müharibəsi heyvanları tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə qoyub.

Heyvanın uzun buynuzu ənənəvi təbabətdə, xüsusilə Vyetnamda böyük əhəmiyyət kəsb edir. Qara bazarda ona görə böyük pullar qazanmaq olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/382082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR