Bakıda parkomatlar təkcə nağd ödənişləri deyil, həm də plastik kartları qəbul edəcək daha müasir parkomatlarla əvəz ediləcək.
Bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.
Mənbənin sözlərinə görə, hazırda bu məsələyə Bakı Şəhər İcra Hakimiyyətində baxılır: "Parkomatların yaxın 3-4 ay ərzində dəyişdiriləcəyinə başlanılması gözlənilir".
Bundan başqa, sürücülərə SMS-in köməkliyilə parklama ödənişinin yeni variantını təklif etmək planlaşdırılır.
Ödəniş üçün abonent balansından istifadə ediləcək. Göndərilən SMS-in qiyməti 0,10 manatı ötməyəcək, parklamanın ödəniş məbləği bu xidmətə görə mövcud tariflərə uyğun olacaq.
Milli.Az