Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
12:27 13 Noyabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ İsveçrənin Nyon şəhərində 17 yaşadək qızlardan ibarət komandalar arasında futbol üzrə 2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, Azərbaycan milli komandası 3-cü qrupa düşüb.
Rəqiblər isə Polşa, Macarıstan və Estoniya yığmaları olub. Ümumilikdə 11 qrup üzrə oyunlar 2016-cı il avqustun 1-dən oktyabrın 31-dək keçiriləcək. Hər qrupda ilk 2 yeri tutanlar və ən yaxşı göstəriciyə malik 3-cü yerin sahibi ən yüksək reytinqli İspaniya ilə birgə elit-raunda yüksələcək. Final mərhələsi isə 8 komandanın iştirakı ilə Çexiyada təşkil olunacaq.  

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-yigmasinin-avropa-cempionatinin-secme-merhelesindeki-reqibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR