Cəbhədə HƏYƏCAN: iki erməni diversantı öldürüldü, xeyli yaralı var

Cəbhədə HƏYƏCAN: iki erməni diversantı öldürüldü, xeyli yaralı var
12:29 13 Noyabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır"

Noyabrın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.

 

Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş zərbəsindən sonra işğalçılar geri çəkilməyə məcbur edilib.

 

İlkin məlumata görə, düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var.

 

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR