"O klipdə erotika yoxdur..."

"O klipdə erotika yoxdur..."
12:32 13 Noyabr 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrında "Herostratı unudun" tamaşasının premyerasını izləməyə gələnlər arasında əməkdar artist Lalə Məmmədova da olub.

"Qafqazinfo"ya açıqlama verən əməkdar artist həmkarı Roza Zərgərlinin erotik adlandırılaraq tənqid olunan "Qəmli nağıl" klipindən söhbət açıb:

"Rozanın klipində erotika yoxdur. Klipə baxanda belə başa düşdüm ki, nə vaxtsa gözəl sevgi münasibəti olan cütlükdür, aralarında soyuqluq yaranıb. Orada qadın fəryadı var idi. Mən qadın-kişi arasındakı jestləri, nəvazişi gördüm. Sevən insanlar bir-birinə nəvaziş göstərirlər, klipi normal qarşıladım. Tənqidləri də başa düşürəm. Pərəstişkarlar öz sənətçilərini qısqanırlar. Mənim də başıma gəlib. Rusiyalı müğənni Nikolay Baskovla fotomu sosial şəbəkədə paylaşdım, orada açıq-saçıqlıq yox idi. İki sənət adamı şəkil çəkdirmişdik. İnsanlarda aqressivlik yarandı. Rozanın klipinə kimsə qısqanclıqla tənqid yaza bilər. Merilin Monronun həyat tərzi mənim həyat tərzimə uzaq olub, amma mən onun obrazını yaratmışam. Sənət adamı lazım gələrsə, qoca qadın, əxlaqsız qadın, iftirə obrazını canlandıra bilər. Roza xanım da özünü sevən qadın obrazında görüb. Biz sevgidən yaranmışıq. Allah bizi sevərək yaradıb. Həyatda olan hissləri canlandırmaqda qəbahət görmürəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/382143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR