"Qarabağ"ın futbolçusu Azərbaycan yığmasından qovulub

"Qarabağ"ın futbolçusu Azərbaycan yığmasından qovulub
12:37 13 Noyabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" klubunun futbolçusu Mahir Mədətov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasından kənarlaşdırılıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə yığmanın baş məşqçisi Nazim Süleymanov qərar qəbul edib.

Səbəb kimi 18 yaşlı müdafiəçinin intizam qaydalarını kobud şəkildə pozması göstərilib.

Qeyd edək ki, Mahir Mədətov Bakıda keçirilən Avropa çempionatının seçmə qrup mərhələsinin Azərbaycan - Türkiyə matçına start heyətdə çıxıb. Lakin o, 19-cu dəqiqədə Emil Həsənzadə ilə əvəzlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/382120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR