Sergey Lavrov: “Avrasiya İqtisadi İttifaqı Rusiya diplomatiyasının uğurudur”

16:42 29 Dekabr 2014
64 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 16:39 ]

Bakı. Rüfət Əhmədzadə – APA. Avrasiya İqtisadi İttifaqının yaradılması Rusiya diplomatiyasının danılmaz uğurudur. APA-nın məlumatına görə, bunu “İnterfaks”a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq ittifaqın yaranması regional və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə sayılmalıdır.

 

“Cəmi bir neçə gündən sonra Ermənistan bu ittifaqın bərabərhüquqlu üzvü olacaq. Dekabrın 23-də Qırğızıstanın da ittifaqa qoşulması barədə müqavilə imzalanıb. Müxtəlif dövlətlərin Avrasiya İttifaqına qoşulmağa və ya azad ticarət sonası ilə bağlı müqavilə bağlamağa can atması layihənin müvəffəqiyyətinə dəlalət edir, ona tələbatı təsdiqləyir”, – deyə S. Lavrov söyləyib.

 

Nazir qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın sədrliyi çərçivəsində təşkilatın rolu və potensialı artırılıb, xüsusilə də Əfqanıstan ərazisindən gələn təhdidlərin qarşısının alınmasında bu təşkilatın mühüm rolu olub.

 

Rusiya XİN başçısı Ukrayna böhranının da nizamlanmasında fəal iştirak etdiklərini deyərək, Moskvanın davamlı olaraq silahlı qarşıdurmanın dayandırılması və uzunmüddətli barışığa çalışdığını vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR