Avroliqa: "Barselona" rus klubunun məğlubiyyətsiz seriyasına son qoydu, "Anadolu Efes" "Olimpiakos"a uduzdu (Nəticələr)

Klublar səviyyəsində Avropanın ən nüfuzlu basketbol turniri hesab olunan Avroliqada qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Gecənin mərkəzi matçında "Barselona" Kuban "Lokomotiv"ini qəbul edib. Katalon klubu görüşdən 72:68 hesabı ilə qalib ayrılıb. Bununla da "Barselona" rus klubunun məğlubiyyətsiz seriyasına son qoyub. Bir digər maraqla gözlənilən oyunda isə "Anadolu Efes" overtaym sonunda "Olimpiakos"a uduzub.

Ümumi nəticələr belədir:

"Anadolu Efes" - "Olimpiakos" - 87:91 (overtaym)

"Makkabi" (Tel-Əviv) - "Daruşşafaka" - 73:84

"Limoj" - "Milano" - 74:65

"Barselona" - "Lokomotiv" (Kuban) - 72:68

"Bavariya" - "Srvena Zvezda" - 79:90


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR