Düşmən itki verərək geri çəkilməyə məcbur edilib

Düşmən itki verərək geri çəkilməyə məcbur edilib
12:48 13 Noyabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş zərbəsindən sonra işğalçılar geri çəkilməyə məcbur edilib.
İlkin məlumata görə, düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarətimiz altındadır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dusmen_itki_vererek_geri_chekilmeye_mecbur_edilib-901662

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR