​Soyğunçuluğa cəhd və narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsə hökm oxunub

​Soyğunçuluğa cəhd və narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsə hökm oxunub
12:52 13 Noyabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluğa cəhd etməkdə və qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin iyun ayında R.Məmmədov İlqar Cəfərzadəyə qarşı soyğunçuluğa cəhd etdiyinə görə tutulub. Hadisə zamanı onun üzərindən narkotik vasitələr götürülüb.
O, Cinayət Məcəlləsinin 29,180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə, cinayət etməyə cəhd) və 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR