Əli Həsənov: Azərbaycan regionun mərkəzi ölkəsinə çevrilib

13:03 13 Noyabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

“Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılmasında fəal rol oynayır və regionun nəqliyyat-logistika mərkəzinə çevrilib”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycanı kəşf et: Bakı 2015 buraxılışı” kitabının təqdimat mərasimində deyib.

Ə.Həsənov bildirib ki, biz sözün həqiq mənasında bu gün möhtəşəm bir hadisənin qeyd edilməsi üçün bu zala yığışmışıq: "Azərbaycanın müasir inkişafının növbəti səlnaməsi ingilis dilində zala toplaşanlara və Azərbaycan ictimaiyyətinə təqdim olunur. Layihə belə adlanır - “Azərbaycanın kəşfi Bakı 2015”. Burada məndən öncə çıxış edənlər daha çox diqqəti 2015-ci ildə Azərbaycanda keçirilmiş Birinci Avropa Oyunlarına yönəltdilər. Bu oyunların standartlarının Azərbaycanda necə yaranmasına, necə inkişaf etməsinə diqqətlərini cəlb etdilər".

PA rəsmisi deyib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, əhalinin rifahı yüksəldilib: "Son bir neçə ildə qeyri-neft sektorunun xüsusi çəkisi 50 faizdən çox olub".

Ə.Həsənov qeyd edib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri Azərbaycanda mehribanlıq şəraitində yaşayır.

PA rəsmisi əlavə edib ki, Azərbaycan regionun mərkəzi ölkəsinə çevrilib və beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2455926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR