İstirahət günlərinə olan hava proqnozu

İstirahət günlərinə olan hava proqnozu
13:06 13 Noyabr 2015
47 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda noyabrın 14-15-də hava metohəssas insanlar üçün əlverişsizidr.

Bu barədə Axşam.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Noyabrın 14-15-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, noyabrın 14-də güclü xəzri küləyinin noyabrın 15-də arabir güclənən gilavar küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR