Belarusun Azərbaycandakı səfiri Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumatlandırılıb

Belarusun Azərbaycandakı səfiri Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumatlandırılıb
13:13 13 Noyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də müdafiə sənayesi naziri Yavər Camalov Belarusun Azərbaycanda yeni təyin olunmuş səfiri Qennadiy Axramoviç ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan Y.Camalov Azərbaycan ilə Belarus arasındakı ikitərəfli münasibətlərin yüksək qiymətləndirildiyini vurğulayıb. O, diplomata Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.
Səfir Q.Axramoviç görüşə görə minnətdarlığını bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belarusun_Azerbaycandaki_sefiri_Mudafie_Senayesi_Nazirliyinin_fealiyyeti_barede_melumatlandirilib-901677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR