"Neftçi"nin futbolçuları 1966-cı ildə bürünc medal üçün verilən avtomobilləri 5 qat artığına satıblar

"Neftçi"nin futbolçuları 1966-cı ildə bürünc medal üçün verilən avtomobilləri 5 qat artığına satıblar
13:17 13 Noyabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ "Neftçi" komandası 1966-cı il SSRİ çempionatında bürünc medal qazandığı üçün hər bir futbolçuya 160 manat və xalça verilib. "Report"un məlumatına görə, bu barədə flaqmanın sabiq futbolçusu Kazbek Tuayev "Sport Ekspress"ə müsahibəsində bildirib.
K.Tuayev mükafatdan əlavə, onlara QAZ-21 seriyalı "Volqa" avtomobilləri almağa icazənin verildiyini də söyləyib: "Maşını öz hesabımıza aldıq. Qiymətini də xatırlayıram - 5602 rubl. Lakin maşınları satdıq. Əgər 25 min rubla alırdılarsa, saxlamağın nə mənası? Üstəlik, avtomobil idarə etməyi də sevmirəm".
Veteran futbolçu Azərbaycanın ümumilli lideri Heydər Əliyevlə bağlı xatirələrini də bölüşüb: "Onunla 3-4 dəfə görüşmüşəm. Məni "Şöhrət" ordeni ilə təltif edib. Oğlu İlham Əliyev ölkəni mirvariyə çevirib".
75 yaşlı mütəxəssis ölkə prezidenti İlham Əliyevlə futbol oynadığını da açıqlayıb: "Bilirsiniz onun zərbələri necədir? Top mərmisi kimi!".
K.Tuayev Azərbaycan yığmasının baş məşqçisi olduğu vaxt 1996-cı il avqustun 31-də Bakıda İsveçrəni 1:0 hesabı ilə məğlub etdikləri DÇ-1998-in seçmə qrup matçını ölkənin ovaxtkı prezidenti Heydər ƏIiyevin də izlədiyini xatırladıb: "Heydər Əlirza oğlu matçın başlamasından 20 dəqiqə sonra gəldi. Həmin vaxt da qol vurduq. Heydər Əliyev demək olar ki, qoldan dərhal sonra getdi. Elə 1:0 hesabı ilə qalib gəldik. Bu görüşdən sonra bütün Azərbaycan "Bu, nə isə Allahın bəxşişi idi" deyirdi. Mən inanırdım. İsveçrə yığmasının futbolçusu Murat Yakın penaltini vura bilmədi. Qapıçımız Aleksandr Jidkov onu qorxutdu və top yandan keçdi".

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/neftci-nin-futbolculari-burunc-medal-ucun-verilen-avtomobilleri-5-qat-artigina-satib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR