iOS üçün Firefox gəldi

iOS üçün Firefox gəldi
13:22 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl Mozilla şirkəti iOS platforması üçün Firefox veb-brauzerini hazırlayacağını bildirmişdi.

Milli.Az xeberler.az-a istinadən xəbər verir ki, artıq dünəndən etibarən bir çoxlarının səbirsizliklə gözlədiyi tətbiqi iOS istifadəçilərinə təqdim edilib.

Xatırladaq ki, Firefox uzun müddətdir ki, Android üçün mövcud idi. Lakin Apple şirkətinin siyasətini qəbul etməyən Mozilla iOS üçün bu brauzeri hazırlamaqdan imtina edirdi. Daha sonra Apple iOS 8 ilə birlikdə üçüncü tərəf şirkətlərin müdaxiləsinə icazə verdikdən sonra Mozilla iOS üçün Firefox brauzerini hazırlaycağını bildirmişdi.

Artıq bir neçə aydır ki, beta sınağı davam edən tətbiq bütün ictimaiyyətin istifadəsinə təqdim edildi. İstifadəçilər bu tətbiqdə ənənəvi Firefox təcrübəsi ilə yanaşı, "ağıllı axtarışlar", cihazlararası sinxronizasiya və gizli brauzinq (yalnız iOS 9 üçün) imkanlarından da faydalanacaqlar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/382114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR