Azərbaycanda 42 minə yaxın gözdən əlil şəxs var

Azərbaycanda 42 minə yaxın gözdən əlil şəxs var
13:24 13 Noyabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

 

Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür. Lent.az-ın məlumatına görə, ilk dəfə 1984-cü ildə qeyd edilən Beynəlxalq Gözdən Əllilər günü  fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci ilin 13 noyabrında anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün “unisaial şriftləri”, yəni qabartmalı şriftlər yaradıb. 1784-cü ildə isə o öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtirası olan qabartmalı şriftlərdən istifadə etməklə onlara təlim keçib. 


Beynəlxalq Korluqla Mübarizə Agentliyinin məlumatına görə, dünyada ümumilikdə, 284 milyon görmə problemi olan şəxs var. Onlardan 39 milyonu heç görmür. 19 milyonu isə uşaqdır.

Azərbaycanda isə 42 minə yaxın gözdən əlil vətəndaş var. Bu barədə Lent.az-a Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova məlumat verib.

R. Cəfərova bildirib ki, həmin 42 mindən 12 mini 18 yaşdan yuxarı olanlardır. 35%-i isə 18 yaşa qədər olan vətəndaşlardır. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR