Türkiyənin şərqində PKK yaraqlıları ilə atışmada bir hərbçi şəhid olub

Türkiyənin şərqində PKK yaraqlıları ilə atışmada bir hərbçi şəhid olub
13:27 13 Noyabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Türkiyə ordusunun ölkənin şərqindəki Van bölgəsində Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı apardığı əməliyyat zamanı atışmalarda 1 hərbçi şəhid olub, 3 təhlükəsizlik əməkdaşı yaralanıb. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi hərbi mənbəyə istinadən məlumat verib.
Van əyalətindəki Erciş şəhərində yaşayış evlərindən birinə hücum zamanı yaranan atışmada Türkiyə Silahlı Qüvvələrinin çavuşu öldürülüb.
Qeyd edək ki, əməliyyatdan öncə təhlükəsizlik qüvvələri hücum edilən evdə kürd silahlılarının olması ilə bağlı məlumat alıb. Onları neytrallaşdırılması üzrə əməliyyat davam edir.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyenin-serqinde-pkk-yaraqlilari-ile-atismada-bir-herbci-sehid-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR